Cerberus müxtəlif çeşidli biznes portfelinə malik innovativ İT konsaltinq şirkətidir. Əsas biznes istiqamətlərimiz bunlardan ibarətdir:
Müştərilərimizin ehtiyaclarına tam şəkildə uyğunlaşdırılmış xüsusi proqramlar
Sənəd axınını idarə etmək üçün internet və intranet portallarının yaradılması, müxtəlif mürəkkəblikdə onlayn (internet) mağazaların işlənib hazırlanması
SAP FICO, MM, FM, PSCD, BI BW modulları, SAP əsas dəstəyi və ABAP üçün tətbiq və konsaltinq
SAP əsaslı sənəd axını sistemlərinin və biznes proseslərinin idarə edilməsi üçün innovativ həllər
İT sistemlərinizin müvafiq mühafizəsini və təhlükəsizliyini təmin etmək üçün geniş təhlükəsizlik həlləri dəsti
SAP əsaslı layihələr üçün ÜİD (ümumi icra dəyəri) və ÜSD (ümumi sahiblik dəyəri) minimuma endirilməsi üçün məsləhət xidmətləri
Cerberus Bulud Hesablaması, Mobil Sistemlər, İT sistemlərinin İdarə Edilməsi, Optimallaşdırılması və Təhlükəsizliyi, Daxili sistemlər, Biznes Analiz, Yüksək Səviyyəli Hesablama ilə bağlı ən müasir texnologiyalar və metodologiyalar təklif edir.
Biz öz təcrübəmiz daxilində sizin biznesiniz üçün ən əhatəli informasiya texnologiyaları həllərini təqdim etmək üçün çalışırıq. Biz üstün xidmət göstərməklə yanaşı, həmçinin xidmətləri operativ şəkildə çatdırırıq və davamlı təqib edirik. Biz hər zaman sizin biznesiniz üçün ən yaxşı gələcəyi təmin etmək yolunda əlimizdən gələni edəcəyik.
Cerberus Bulud Hesablaması ilə bağlı ən müasir texnologiyalar və metodologiyalar təklif edir
Cerberus olaraq biz həm İT təhlükəsizliyi, həm də SAP əsaslı sistemlərin tətbiqi və dəstəklənməsi sahəsində geniş İT təhlükəsizlik həlləri, eləcə də məsləhət xidmətləri təklif edirik.
Artıq hər bir biznesin onlayn çalışması zərurətə çevrilmişdir. Bu isə, hər ötən il daha çox həssas məlumatın onlayn mühitdə kənar şəxslərin əlinə keçməsi ilə nəticələnir; şəxsi məlumatlar oğurlanır, CC məlumatları sındırılır, tibbi sənədlər ifşa edilir və bu siyahını davam etdirmək olar. Çox az məlumatı müdaxilələrdən qorumaq mümkün olmuşdur və tam təhlükəsiz həllər olmasa da, sizin məlumatlarınızı qorumaq üçün bütün tədbirləri görürük.
BU məqalədən aydın olduğu kimi, hətta internet nəhəngi Twitter də müdaxilədən qoruna bilmir.
Həllərimizin bir hissəsi kimi, AKHELA GROUP ilə əməkdaşlıq etməklə, biz penetrasiya testləri (siz bizə IP kodunuzu təqdim edirsiniz, biz isə, sizə zəif nöqtələri və sisteminizin necə sındırıla biləcəyini söyləyirik), məntiqi təhlükəsizlik, fiziki təhlükəsizlik təklif edirik.
Məlumat sızmasının baş verməməsi üçün biz üstün səviyyəli SPECTOR şirkətindən işçilərin monitorinqi həllini təklif edirik.
Cerberus həmçinin, SAP əsaslı sistemlərlə iş üzrə sağlam təcrübəyə malikdir. Biz Azərbaycan, Rusiya və Ukraynadakı bir sıra şirkətlərə SAP əsaslı layihələrin həyata keçirilməsində və dəstəklənməsində köməklik göstərmişik.
DOCFLOW BEST PRACTICES ilə əməkdaşlıq edərək, biz SAP-nin standart sənəd dövriyyəsi sistemi ilə inteqrasiya olunmuş və çox intuitiv və istifadəsi asan olan sənəd dövriyyəsinin idarə edilməsi proqramını təklif edirik.
Bütün məsləhətçilərimiz sertifikatlı mütəxəssislərdir və SAP FI, MM, FM, PM, ABAP, Basis proqramları üzrə geniş təcrübəyə malikdirlər.
Ətraflı məlumat üçün bizə zəng edə və ya e-poçt vasitəsilə müraciət edə bilərsiniz.
Biz ən əhatəli informasiya texnologiyaları həllərini təqdim etmək üçün çalışırıq.
Caspian Plaza IJ. Jabbarli 44, 6th floorBaku, AZ1065Azerbaijan
Phone: +994 12 436 7525
Fax: +994 12 436 7525
Cell: +994 12 436 7525